gözümlə sənin arasındakı sataşqıda
min ilik xəstə anamla üz üzəlik!
səni bağrıma basmaqım gəlir...
sənlə öpüşməyim gəlir!
qoy şorluqun dodaqlarımi biçsin!
qoy ömrümün qalanı səndə bitsin!
qoy leşim sənin dalğalarında itsin...
bağrıma gəl gölüm!
qan ağlayan gözüvü tumarlayım qoy!
suyun üzgünlükdən gızarmış yoxca intahardan?
öpüşümdən ölsəmdə, öpüb səni ölməkdən qoruyacam gölüm!
bağrıma gəl!
bağrıma gəl gölüm!
elyar xaliqi
|